<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>172</hymn_number>
<lyrics>[V1]
 Aləmə yayıldı bu ilkin xəbər -
 Ölməzliyə layiq Oğul dirildi!
 Həqiqətən, dirildi, İsa dirildi,
 Allah Oğlu - İsa Məsih dirildi!

[C1]
   Müqəddəs Yazıya görə bizim üçün
   İsa Məsih ölüb dirilməliydi.
   O, gerçəkdən öldü və dirildi,
   Tanrı Oğlu - İsa Məsih dirildi!

[V2]
 Ölülərdən ilk dəfə İsa dirildi,
 Bu xəbəri bütün dünya eşitdi.
 Həqiqətən, dirildi, İsa dirildi,
 Tanrı Oğlu - İsa Məsih dirildi!

[C2]
   Ölümü ilə günahı məhkum etdi,
   Bizə həyat vermək üçün dirildi.
   Bu xəbərə sən də inan ki,
   Sənə görə Allah Oğlu ölüb - dirildi!

[V3]
 Dirilib Məsihim, İsam diridir,
 Mənim Rəbbim, həqiqətən, diridir!
 Ölməzliyə layiq oldu, dirildi,
 Əbədi yaşayır, Oğul diridir!

[V4]
 O, iblisi məğlub etdi, dirildi,
 Zəfər çaldı, İsa Məsih dirildi!
 Dirildi, dirildi, Rəbbim dirildi,
 İsa Məsih, həqiqətən, dirildi!</lyrics>
<title>Aləmə yayıldı bu ilkin xəbər İL172</title>
</song>